Hakan Çalhanoğlu: "Heç yerə getmirəm"

img

25-06-2024 [14:27]


Son günlər mətbuatda "İnter"dən ayrılacağı və  "Bavariya"ya gedəcəyi ilə bağlı haqqında yayılan xəbərlərə Hakan Çalhanoğlu reaksiya verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "İnter"dən ayrılacağı ilə bağlı yayılan xəbərləri təkzib edib. 

30 yaşlı futbolçu bildirib ki, karyerasını "İnter"də davam etdirəcək: "Hazırda yalnız Milli Komandanın uğurlarına diqqət yetirdiyim bu ərəfədə beləı yalan xəbərlər arzuolunmazdır. Hazırkı klubumda çox xoşbəxtəm. "İnter" və azarkeşlərimizlə aramızda güclü bir bağ var. Və bu klubu tərk etmək niyətim yoxdur".

Xatırladaq ki, təcrübəli futbolçu bu mövsüm "İnter"in heyətində 42 matçda 15 qol vurub, 3 məhsuldar ötürmə edib.

Hakan Çalhanoğlunun klubla 30 iyun 2027-ci ilə qədər müqaviləsi var.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR