"Ankaragücü" millinin müdafiəçisini satıb

img

25-06-2024 [09:07]


Yeni mövsümdə 1-ci Liqada mübarizə aparacaq "MKE Ankaragücü" Bosniya və Herseqovina millisinin müdafiəçisi Nihad Mujakiçini satıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Bildirilib ki, Nihad Mujakiçin "Partizan"a transfer olunub: "Nihad Mujakiçin transferi üçün "FK Partizan" ilə 895 min avroluq transfer haqqı və növbəti transferin 20 faizlik payı qarşılığında razılıq əldə olunub. Klubumuz adından Nihad Mujakiçə təşəkkür edirik, ona yeni klubunuzda uğurlar arzulayırıq".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR