Cənubi Koreyada fabrik yanıb - 20 nəfər ölüb

img

24-06-2024 [12:15]


Cənubi Koreyanın paytaxtı Seulun cənubunda litium akkumulyator zavodunda güclü yanğın olub

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ilkin məlumata görə, hadizə zamanı  20 nəfər həyatını itirib, xeyli yaralı var.

Ölkənin  rəsmi "Yonhap" agentliyinin məlumatına görə, yanğın çətinliklə nəzaət altına alınaraq söndürülüb: "Hazırda ölən işçilərin şəxsiyyəti  müəyyən olunur. 2-si ağır olmaqla, 4 nəfər isə xəstəxanaya göndərilib. Yanğının başvermə səbəbləri araşdırılır".

Cənubi Koreya prezidenti Yoon Suk Yeol yanğının söndürülməsi və fabrik binasında sıxışıb qalan işçilərin xilas edilməsi üçün bütün gərəkli tıədbirlərin görüldüyünü deyib.

Daxili işlər və təhlükəsizlik naziri Li Sanq-min də müvafiq dövlət qurumlarından və yerli hökumətlərdən bütün mövcud resurslar və imkanları səfərbər etməyi xahiş edib.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:21 19.07.2024

Sabah yağış yağacaq