İsrail BMT-nin məktəbini bombalayıb - Ölənlər var

img

24-06-2024 [09:05]


İsrail ordusu Qəzza zolağında Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) bağlı peşə təhsili məktəbini  bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə məktəbə sığınmış 4 mülki şəxs ölüb, 10-dan çox yaralı var.

Məlumata görə, aviasiya zərbəsi nəticəsində məktəbin binasının böyük hissəsi tamamilə dağılıb: "Məktəb istifadəyə yararsız hala düşüb...".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:21 19.07.2024

Sabah yağış yağacaq