Kəlbəcər atəşə tutulub: "Adekvat cavab tədbirləri görülüb" (Yenilənib)

img

22-06-2024 [18:01]


İyunun 21-i saat 12:25-dən 15:35-dək Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atəşə tutulub.

Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

***

İyunun 22-si saat 13:00-da Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atıcı silahlardan yenidən atəşə tutulub.

Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:16 18.07.2024

Sabah yağış yağacaq