Yunanıstanda koronavirusa yoluxma sayı artıb - 324 nəfər xəstəxanaya yerləşdirilib

img

21-06-2024 [16:51]


Yunanıstanda COVID-19-a yoluxma sayı kəskin artılb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatı (EODY) həfətlik hesabat dərc edib.

Hesabata əsasən, 10-16 iyun tarixləri arasında COVID-19 epidemiyası səbəbiylə xəstəxanaya yerləşdirilən xəstələrin sayı 324 nəfərə çatıb: "Bu tarixlərdə COVID-19-a yoluxanlardan 5 nəfər dünyasını dəyişib, 12 nəfər intubasiya olunub".

Məlumatda deyilir ki, bundan əvvəlki həftdə xəstəxanaya yerləşdirilmələrin orta sayı 166 nəfər olub.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:16 18.07.2024

Sabah yağış yağacaq