Portuqaliyalı futbolçu Türkiyə millisini aşağıladı: "Onlara aman verməyəcəyik"

img

21-06-2024 [09:58]


Portuqaliya millisinin futbolçusu Dioqo Jota Türkiyə ilə oyun öncəsi açıqlamalar verib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Türkiyəyə aman verilməyəcəyini deyib:

"Türkiyə ilk matçda Gürcüstana qalib gəlməsinin avantajı ilə daha istəkli və ya bizimlə bərabər səviyyədə oynaya bilər. Medalın iki üzü var. Əlbəttə, asan oyun yoxudur. Türkiyə ilə oyun Çexiyadan fərqli olacaq. Biz Gürcüstanın verdiyi boşluqları Türkiyəyə verməyəcəyik".

Futbolçu Türkiyənin Çexiyadan daha yaxşı heyətə malik olduğunu da deyib, ancaq yenə də "yekəxanalıq"dan əl çəkməyib. O, Arda Gülər ​​haqqında suala cavabda deyib: "Onun keyfiyyətli oyunçu olduğunu deyirlər. Amma mənim heç bir fikrim yoxdur".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR