Joze Mourinyo oyunçulara ilk şərtini qoydu: "Heç kim vecimə deyil..."

img

21-06-2024 [00:04]


"Fənərbağça"nın yeni baş məşqçisi Joze Mourinyo yeni komandasınn üzvlərinəı ilk şərtini diqtə edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, oyunçulara vaxtında məşqə gəlmələrini tələb edib: "İstanbul böyük şəhərdir. Amma mən bura böyük şəhər üçün deyil, qalib gəlmək üçün gəlmişəm. 35 milyon "Fənərbağça"lı azarkeşi sevindirmək üçün burdayam. O səbəbdən hər kəs nizamlı, qaydalara birmənalı əməl etməlidir. Məşqlərə heç kim gecikə bilməz. Hər kəs vaxtında məşqdə olmalıdır. Bu, mənim üçün vacibdir. Əgər məşq saatı 10.00-da başlayırsa, mən ordayam, hər kəs də orda olmalıdır. Kimsə vecimə deyil, gecikən, cəzasını alar...".

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:21 19.07.2024

Sabah yağış yağacaq