Cənubi Koreya Rusiyadan Çinə yük daşıyan gəmiyə "əl qoyub" - Səbəb

img

20-06-2024 [16:07]


Cənubi Koreya Rusiyadan Çinə yük daşıyan gəmiyə "əl qoyub"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyiaçıqlama yayıb.

Qeyd edilib ki, Koreya boğazı yaxınlığında təxminən 3 min tonluq yük gəmisi "həbs olunub": "Xarici bayraqlı yük gəmisi 10 nəfərlik heyətlə Rusiyadan Şimali Koreya üzərindən Çinə kömür və dəmir filizi daşıyır. Bu gəmi BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyaları pozub. Bu səbəbdən beynəlxalq hüquq və ölkə qanunlarına uyğun olaraq lazımi addımlar atılıb..."

Məlumata görə, gəmi ölkənin cənubundakı Busan şəhərinin sahilinə gətirilib.

Qeyd edək ki, bundan əvvəl də Cənubi Koreya Şimali Koreyadan Rusiyaya doğru hərəkət edən DEYI adlı yük gəmisini Yeosu şəhəri sahillərində "həbs edib".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR