İstanbulda serial çəkilişinə basqın: aktyor başından güllələndi - FOTO

img

20-06-2024 [15:32]


Türkiyədə “Kıyma” serialının çəkiliş meydançasına silahlı basqın edilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulun Kartal rayonunda Blu TV-də yayıma başlayan "Kıyma" serialının çəkiliş meydançasına naməlum şəxs bəlli olmayan səbəbdən atəş açmağa başlayıb.

Türkiyə mətbuatı yazır ki, atışdən yayınmağa çalışan serialın "Cenqo"su - aktyor Cengizhan Yurdutek özünü skamya arxasına atsa da, güllələrdən biri ona tuş gəlib: "Güllə onun başını sıyırıb..."

Məlumata görə, serialın çəkiliş heyətinə  5 güllə sıxan şəxs qaçaraq ərazidən uzaqlaşa bilib: "Hazırda o, axtarılır...".

Ləman

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR