“Yanar dağ”da Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib - FOTOLAR
20-06-2024 [14:04]
İyunun 15-də Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə rayonun inzibati orqanlarının, səhiyyə, təhsil müəssisələrinin, rayonun idarə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, QHT-lərin və rayon ictimaiyyətinin nümayəndələri, rayon
gəncləri iştirak ediblər.
Tədbiri Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi Agentliyin tabeliyində olan Qoruqlarla iş və biznesin inkişafı şöbəsinin müdiri Fəxrəddin Həsənzadə giriş sözü ilə açaraq, 15 İyunun Azərbaycan tarixində özünəməxsus yerindən danışıb, bu günün xalqımızın taleyində dönüş anı olduğunu vurğulayıb. Fəxrəddin Həsənzadə Azərbaycanın müasir tarixində Milli Qurtuluş Gününün önəmini
diqqətə çatdırıb.
Müstəqilliyin əvvəllərində Azərbaycanın anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üzləşdiyini diqqətə çatdıran F.Həsənzadə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu,
respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlanıldığını, cəmiyyətin inkişaf üçün
fundamental əsasların yaradıldığını bildirib.
Azərbaycanın sürətlə inkişaf dövrünün məhz Milli Qurtuluş Günü ilə başladığını vurğulayan F.Həsənzadə həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin liderliyi ilə bu gün Azərbaycanın öz inkişafının yeni mərhələsini yaşadığını qeyd edən F.Həsənzadə deyib ki, ölkəmizin iqtisadi transformasiyasının əsas səbəbi iqtisadiyyatın daha da gücləndirilməsi, insanların rifahı üçün daha əlverişli şəraitin təmin olunması, bütün bu uğurlara nail olunmasında yeni üsul və vasitələrdən istifadə edilməsidir.
Prezidentin rəhbərliyi ilə reallaşdırılan islahatlar iqtisadiyyatın şaxələndirilməsi, Azərbaycanın yeni mərhələdə daha sürətli inkişafını təmin etmək məqsədini güdür. Fəxrəddin Həsənzadə bu islahatlar nəticəsində Azərbaycanın daha sürətlə inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva 1993-cü il iyunun 15-nin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında mühüm başlanğıc nöqtəsi olduğunu qeyd edib. Bildirib ki,
xilaskarlıq missiyasını öz üzərinə götürərək hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Ulu öndər Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra
Azərbaycanın geosiyasi imkanlarından istifadə edərək müstəqilliyi qoruyub saxlamağa, ölkəmizi sürətli inkişaf yoluna çıxarmağa, xalqımızın milli-mənəvi sərvətlərimizə sahib çıxmasına, dünyanın müxtəlif ölkələrində
yaşayan milyonlarla azərbaycanlının vahid məfkurə ətrafında birləşdirilməsinə nail oldu.
Vurğulandı ki, Ulu Öndərin uzaqgörən siyasətini müasir dövrün tələbləri əsasında daha da inkişaf etdirən Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan dünya birliyində özünə layiqli yer tutan,
davamlı inkişafını təmin edən qüdrətli ölkəyə çevrilib.
Ölkəmizin sürətli inkişafında Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xidmətləri respublikamızın uğurlu inkişafının paytaxtın Nəsimi rayonunun sosial-iqtisadi mənzərəsində də əksini tapıb. Qeyd olundu, gənclərimiz Milli Qurtuluş Gününün əhəmiyyətini, ulu öndər Heydər Əliyevin
Vətən və xalq qarşısındakı misilsiz xidmətlərini dərindən öyrənməli, Prezident İlham Əliyevin həyata keçirdiyi və ölkəmizin sürətli inkişafını təmin edən dövlət siyasətinə sadiq qalaraq, Azərbaycanın tərəqqisinə
mühüm töhfə verməlidirlər.
Tədbir incəsənət ustalarının konsert proqramı, gənc istedadların rəqs və ifaları ilə başa çatmışdır.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib