Türkiyədə bir bölgəyə giriş-çıxış qadağan olundu - Xəbərdarlıq

img

20-06-2024 [00:14]


Türkiyənin Batman şəhərinin Hasankeyf rayonunda bəzi ərazilərə 15 gün müddətində giriş-çıxış qadağan olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Batmanın Valiliyi açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Hasankeyf rayonunda bəzi bölgələrində 19 iyundan 3 iyul tarixinədk hərbi təhlükəsizlik zonası elan olunub.

Valilik vətəndaşların can və mal təhlükəsizliyinə görə tətbqi olunan qadağa ilə bağlı xəbərdarlıqda qeyd olunan müddətdə evdən bayıra çıxmamaq tövsiyə edilib.

Xatırladaq ki, son aylar bu bölgədə PK yandaşlaırnın fəallaşması müşahidə olunmağa başlayıb.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq