Ermənistan və Fransa CAESAR haubitsalarının tədarükünə dair müqavilə imzalayıb

img

18-06-2024 [11:37]


Ermənistan və Fransa ikincinin istehsalı olan CAESAR özüyeriyən haubitsaların tədarükünə dair müqavilə imzalayıb.

Bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu “X” sosial şəbəkəsində yazıb.

“Biz Ermənistanla müdafiə sahəsində əlaqələrimizi gücləndirməkdə davam edirik. Həmkarım Suren Papikyanla CAESAR haubitsalarının tədarükünə dair məhsuldar söhbətimiz oldu. CAESAR haubitsalarının tədarükü yeni mühüm mərhələdir”, - paylaşımda deyilir.

Qeyd edək ki, CAESAR – “Renault Sherpa 10” yük maşını şassisinə quraşdırılmış 155 mm-lik zirehli kabinli, özüyeriyən haubitsadır./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq