Aİ 55 min ukraynalı hərbçiyə təlim keçib

img

17-06-2024 [23:14]


Avropa İttifaqı (Aİ) hazırda 55 minə yaxın ukraynalı hərbçiyə təlim keçib.

Bunu Aİ Baş Qərargahının rəhbəri, general-leytenant Mişel van der Laan deyib.

“Son il yarım ərzində biz Avropa ərazisində, əsasən Polşa, Almaniya, İspaniya, İtaliya, Çexiya, Litva, Latviya və digər ölkələrdə təxminən 55 min əsgərə təlim keçmişik”, - van der Laan bildirib.

Onun sözlərinə görə, təlim proqramı il yarım əvvəl başlayıb və təşkilat bu cür fəaliyyətləri davam etdirmək niyyətindədir./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:06 24.10.2024

Oktyabrın “Ulduz”u

12:22 24.10.2024

Sabah yağış yağacaq