AVRO-2024: İngiltərə ilk oyunundan qalib ayrıldı

img

17-06-2024 [01:02]


Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun baş tutub.

Məlumata görə, turnirin favoritlərindən hesab edilən İngiltərə I turda Serbiya seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma britaniyalıların qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 13-cü dəqiqədə Cud Bellinqem vurub.

C qrupunun digər görüşündə Danimarka Sloveniya ilə bərabərə qalib - 1:1.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:06 24.10.2024

Oktyabrın “Ulduz”u

12:22 24.10.2024

Sabah yağış yağacaq