"Bayer" "Girona"nın yarımmüdafiəçisini transfer edib

img

14-06-2024 [08:30]


Almaniya Bundesliqa çempionu "Bayer Leverkuzen" İspaniyanın "Girona" komandasının yarımmüdafiəçisi  ilə anlaşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Bildirilib ki, yarımmüdafiəçi Aleks Qarcia ilə artıq 5 il müddətinə müqavilə imzalanıb: "Aleks Qarcia 30 iyun 2029-cu ilə qədər klubumuzun uğuru üçün oynayacaq..."

Xatırladaq ki, 26 yaşlı İspaniya millisi ötən mövsüm "Girona" forması ilə 40 matçda 3 qol vurub, 6 məhsuldar ötürmə edib. 

Onu da qeyd edək ki, "Girona" ötən mövsüm La Liqada 3-cü yeri tutub. Komanda Çempionlar Liqasında mübarizə aparmaq hüququ qazanıb.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR