Ayna Asimqızının “İlk söz” kitabının təqdimatı keçirilib - FOTOLAR

img

13-06-2024 [23:44]


İyunun 13-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin IV kurs tələbəsi Ayna Asimqızının “İlk söz” kitabının təqdimatı keçirilib.

Mia.az-ın məlumatına görə, “Ulduz” jurnalının təqdimatı ilə keçirilən tədbiri jurnalın baş redaktor müavini, yazıçı Təranə Vahid açaraq ədəbiyyatada ilk uğurlu addımlarını atan Ayna Asimqızının özünəməxsus yaradıclığından –fəlsəfi dünyasından, vətənpərvərlik ruhunda qələmə aldığı mənsur şeirlərindən, esselərindən söz açıb.

Tədbirdə BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedarasının professoru Yeganə İsmayılova, BDU-nun müəllimi, filologiya üzrə fəslfə doktoru Sevinc Muğanna, Türkologiya kafedrasının müəllimləri Səmayə Cəlilova, dosenti Afaq Məmmədova, yazıçı Tapdıq Türksoy, gənc yazar Səma Muğanna çıxış edərək nümunəvi tələbə, istedadlı yazar Ayna Asimqızının yaradıcılğından danışıblar.

Tədbirdə “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs çıxış edərək yolu “Ulduz”dan başlayan gənc yazara uğurlar arzulayıb. O, “İlk söz” kitabına görə Ayna Asimqızına “Ulduz” jurnalının diplomunu təqdim edib.

Sonda gənc yazarın valideyinləri və Ayna Asimqızı çıxış edərək tədbirin təşgilatçılarına, iştirakçılarına təşəkkür ediblər.
 

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR