“AzInTelekom”da tender: 140 min kimə veriləcək?

img

13-06-2024 [18:05]


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelekom” MMC "Mövcud həll üçün virtual modulun və dəstək xidmətlərinin satın alınması" ilə bağlı tender elan edib.

Məlumata görə, elan olunan tender müsabiqəsi iyulun 9-dək davam edəcək.

Müsabiqədə 20 ədəd Wallix Bastion Access Manager müddətsiz lisenziyasının və 1 ədəd Wallix Bastion modulu üçün 36 aylıq qold lisenziya dəstək xidmətinin alınması nəzərdə tutulur.

“AzInTelekom” sözügedən xidmətlərin 140 min manata başa gələcəyini ehtimal edir.

Qeyd edək ki, MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizovdur(Pravda).


Digər xəbərlər
SON XƏBƏRLƏR