Nazir həbsdən çıxan şəxsi direktor təyin elədi

img

13-06-2024 [15:28]


Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikasına yeni direktor təyin olunub.

Mia.az xəbər verir ki, səhiyyə naziri Teymur Musayevin əmri ilə bu vəzifəyə İmran Ağayev təyinat alıb.

Yeni rəhbəri kollektivə ATU-nun rektoru, professor Gəray Gəraybəyli təqdim edib.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin Zığdakı Modul Tipli Hospitalının baş həkimi olan İmran Ağayev 2020-ci ildə qanunsuzluğa görə həbs edilmişdi.

Onu da xatırladaq ki, bu təyinata qədər Tədris Stomatoloji Klinikasının drektoru Səfərov Mahir Əlisa oğlu olub. O, 2020-ci il sentyabr ayında bu vəzifəyə təyin olunmuşdu.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA