Hücumçu klubu ilə müqaviləsini uzadıb

img

12-06-2024 [11:49]


Almaniya Bundesliqasında çıxış edən "Leypsiq" klubunun rəhbərliyi gənc hücumçu Benjamin Sesko ilə yenidən anlaşıb.

Mia.az xarici mətbuata istinadla bildirir ki, klub 21 yaşlı qolçunun müqaviləsini 2029-cu ilə qədər uzadıb.

Bildirilib ki, ötən mövsüm göstərdiyi performansla diqqət çəkən sloveniyalı hücumçu 42 matçda 18 qol və 2 məhsuldar ötürmə ilə başa vurub. 

Gənc hücumçunun adı son aylarda Premyer Liqa komandaları olan "Çelsi", "Arsenal" və "Mançester Yunayted"də hallanırdı.

Onu da qeyd edək ki, hücumçu Sloveniyanın AVRO-2024-ün heyətində yer alır.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR