Yəmən sahillərində gəmi batıb - 38 nəfər ölüb, 100 nəfər itkin düşüb

img

11-06-2024 [09:08]


Yəmən sahillərində  gəmi batıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, kəskin hava şəraiti səbəbindən içində 250-dən çox insanın olduğu gəmi çevrilib.

Məlumata görə, nəticədə Afrika ölkələrindən olan ən azı 38 nəfər ölüb, 100-ə yaxın adam isə itkin düşüb: "Hazırda onların  axtarışları davam edir".

Xəbərdə deyilir ki, gəmidə olanlar əsasən Efiopiyadan olan miqrantlar olub: "Onlar Körfəz ölkələrinə getmək üçün Yəməndən tranzit məntəqəsi kimi istifadə edirlər. "Balıqçılar və yerli sakinlər 78 miqrantı xilas ediblər..."

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq