Türkiyədə yeni yolxucu xəstəlik yayılıb: "Hətta xəstələrlə təmasda olanlar..."

img

11-06-2024 [00:10]


Türkiyənin Sivas şəhərində KKKA diaqnozu qoyulan 22 xəstə müəyyənləşib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər ki, bu barədə Sivas valiliyi açıqlama yayıb.

Bildirilib ki, mövsümi və ekoloji səbəblərdən  Sivas və ətraf vilayətlərdə vaxtaşırı baş verən gənə ilə yoluxan KKKA ("Krım-Konqo Kanamalı Kızdırması") xəstələrin sayında xeyli artım yaranıb: "Son olaraq 22 nəfərdə belə xəsətlik aşkarlanıb. Təəssüflər olsun ki, onlardan 3-ü dünyasını dəyişib. Qalanları Sivas Cümhuriyyət Universitetinin Yoluxucu Xəstəliklər Klinikasında nəzaərt altında müalicədədirlər...".

Sivas valiliyi vətəndaşları gənə dişləmələrinə qarşı ehtiyatlı olmağa çağırıb: "Belə hal olarsa, vaxt itirmədən ən yaxın xəstəxanaya müraciət etməlisiniz. Bədəninizə yapışmış gənəyə çılpaq əllə toxunmamalı, yapışmış gənəni çıxarmamalı, təxirəsalınmadan səhiyyə müəssisəsinə müraciət etməlisiniz. Üstəlik, xəstə ilə təmasda olan insanlar da həkim nəzarətində qalmalıdır".

Valilik bir daha əhaliyə səslənərək bəyan edib: "Gənə dişləməsindən sonra 10 gün ərzində hərarət, bədən ağrıları, baş ağrısı, ürəkbulanma, qusma və ishal müşahidə olunarsa, gecikmədən ən yaxın xəstəxanaya üz tutun..."

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq