“Vaqif Səmədoğlu 85” Poeziya müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib - FOTOLAR
10-06-2024 [18:17]
“Ulduz" aylıq ədəbiyyat dərgisi və Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş, 35 yaşa qədər qələm adamları arasında keçirdikləri poeziya müsabiqəsinin qalibləri 10 iyun tarixində mükafatlandırılıblar.
Mia.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilən tədbirdə ədəbiyyat xadimləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın təşəbbüsü ilə keçirilən müsabiqənin tənqidçi Seyfəddin Hüseynli, filoloq Günay Səma Şirvan, şair Taleh Mansur, yazıçı Varisin üzv olduqları, AYB katibi, şair Səlim Babullaoğlunun rəhbərlik etdiyi Münsiflər heyəti onlarla iştirakçının qatıldığı müsabiqənin mükafat yerlərini aşağıdakı kimi bölüşdürüb:
I yer:
Cavid Qasımov;
II yer:
Rəşad Nağı Mustafa,
Allahşükür Ağa;
III yer:
Eminquey,
Seyyidəli Sübhi,
El Roman
Tədbirin aparıcısı Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru Varis Xalq şairi Vaqif Səmədoğlu yaradıcılığından söz açıb, onun şərəfinə təşkil edilmiş müsabiqənin böyük maraqla qarşılandığına diqqət çəkib.
İlk olaraq söz Xalq yazıçısı Anara verilib. Vaqif Səmədoğlu ilə dostluğunun tarixçəsinin ən mühüm məqamlarını xatırladan çıxışçı, ölməz şairin yaradıcılığının əsas məziyyətlərindən söz açıb, qalibləri təbrik edib.
AYB sədrinin müavini Rəşad Məcid Vaqif Səmədoğlu ilə bağlı xatirələrini bölüşüb, şairin şeirlərindən nümunələr səsləndirib.
“Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs müsabiqənin əhatə dairəsi haqda geniş məlumat verib. Qalibləri ayrılıqda təbrik edib.
Vaqif Səmədoğlunun ömür-gün yoldaşı Nüşabə Vəkilova 85 illiklə bağlı tədbirlərə qiraət müsabiqəsi ilə start verildiyini diqqətə çatdıraraq, bu müsabiqənin növbəti addım olduğunu qeyd edib.
Müsabiqənin münsiflər heyətində təmsil olunan Seyfəddin Hüseynli və Taleh Mansur ayrı-ayrı iştirakçıların uğurlu poetik nümunələrindən söz açıblar.
Pul və diplomla mükafatlandırılan qaliblər sonda öz şeirlərini səsləndirib.
Qeyd edək ki, müsabiqənin təşkilati dəstəkçisi “Kəpəz hospital", İnformasiya dəstəkçisi isə "Ədəbiyyat və İncəsənət" portalı idi.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib