BMT: "Sudan dünyanın ən böyük daxili köç böhranını yaşayır"

img

10-06-2024 [00:46]


"Sudan dünyanın ən böyük daxili köç böhranını yaşayır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu BMT Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) verib.

Təşkilatdan bildiirlib ki, vaxtilə qonşu ölkələrdən minlərlə insana qucaq açan Sudanda davam edən vətəndaş qarşıdurması vəziyyəti kritik həddə çatdırıb: "İndi ölkə daxilindəki köç pik həddə yetişib. Ölkədə bir ildən çoxdur davam edən daxili toqquşma böyük humanitar fəlakətə səbəb olub...".

Qeyd edək ki, Sudanda Ömər əl-Bəşirin 30 illik hakimiyyəti devrildikdən sonra hökumətə qarşı birgə çevriliş edən ordu ilə Çevik Dəstək Qüvvələri  arasında hakimiyyət mübarizəsi başlayıb. 

2023-cü ilin aprel ayında başlayan və Sudanın əksər əyalətlərində davam edən müharibədə ordu şimal və şərq əyalətlərində öz üstünlüyünü qoruyur, Çevik Dəstək Qüvvələri qərb və cənub əyalətlərinə nəzərət edir.

O vaxtdan Səudiyyə Ərəbistanı, Misir və ABŞ-ın vasitəçilik səyləri isə hələ də effekt vermir.

BMT-nin məlumatına görə, dünyanın ən böyük köçkünlük və aclıq böhranının yaşandığı Sudanda son bir ildəki toqquşmalarda azı 16 mindən çox insan ölüb, təxminən 8,7 milyon insan evlərindən didərgin düşüb: "25 milyondan çox insan isə humanitar yardıma ehtiyac duyur...".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq