33 yaşlı şəxsdən amansız qətl: bacısını döyə-döyə öldürüb

img

06-06-2024 [08:57]


İyunun 5-də saat 23 radələrində Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində 1993-cü il təvəllüdlü Səbinə Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Mia.az Ağcabədi rayon prokurorluğuna istinadla bildirir ki, araşdırmalarla 1991-ci il təvəllüdlü Sadiq Kərimovun aralarında yaranmış mübahisə zamanı dəmir linçlə xəsarətlər yetirərək bacısı Səbinə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Sadiq Kərimov şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR