Türkiyədə daha 3 mafiya lideri qandallandı - Xərackəsmə, basqın və...

img

31-05-2024 [09:24]


Türkiyədə daha 3 mafiya lideri qandallanıb. 

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya açıqlama verib.

Onun sözlərinə görə, Aydın, Ərzurum və Karaman şəhərləridə keçrilən "Kuyu-2" kod adlı əməliyyatlarla Aydında mafiya lideri Hakan Gürel, Ərzurumda Erkan Yaprak və Muhammet Tokyay, Karamanda isə İbrahim Öztürk başda olmaqla, 3 mütəşəkkil cinayətkar dəstəniun ümumilikdə 45 üzvü tutulub: "Əziz millətimizin bilməsini istəyirəm ki, dünyanın o biri tərəfinə qaçsalar belə, mütəşəkkil cinayət təşkilatı üzvlərini tutub ədalətə təslim edəcəyik. Onlara qarşı əməliyyatlar əzmlə davam edəcək”.

Nazir bildirib ki, bu dəstələr adamvurma, xərackəsmə, fırıldaqçılıq, rəsmi sənədləri saxtalaşdırma, vergidənyayınma, narkotik satışı, sələmçilik, basqınlar, əmlakları zorla ələ keçirmə və sair cinayətlərdə ittiham olunurlar.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR