Unun qiyməti yenidən bahalaşıb

img

05-06-2024 [16:49]


Azərbaycanda unun qiymətinin yenidən bahalaşması ilə bağlı məlumat yayılıb.

Un satışını həyata keçirən şirkətlərin sözlərinə görə, unun topdansatış qiymətində artım müşahidə olunur.

Onların sözlərinə görə, əvvəlki aylarda 26-27 manata satılan 50 kiloqramlıq un kisəsi hazırda satış məntəqələrində 30-32 manat və daha baha təklif olunur.

Məlumatı dəqiqləşdirmək üçün tanınmış un şirkətləri ilə əlaqə saxladıq.

"Gəncə Dəyirman" MMC-dən Qaynarinfo-ya verilən məlumata görə, unun topdansatış qiymətində artım var:

"50 kiloqramlıq un kisəsi hazırda 29 manat 50 qəpikdir. "

"Dəvəçi-Taxıl” MMC-dən verilən məlumata görə, 50 kiloqram un kisəsi 28 manat 30 qəpikdir.

"KARAT HOLDİNQ" MMC 50 kiloqarmlıq un kisəsinin 29 manat 50 qəpiyə satıldığı bildirilib.

"Karmen" MMC-dən isə 50 kiloqarmlıq un kisəsinin 28 manat 95 qəpiyə satıldığını bildirdilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR