"Flora Kərimova Afət Fərmanqızını bağışlamayacaq"

img

04-06-2024 [23:30]


Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib.

Flora Kərimovanın köməkçisi Əli Davud Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Məhkəmə iclası keçirildi. Hər iki tərəfin dindirilməsi oldu. Həmişə olduğu kimi hakimin birinci vəzifə borcudur ki, konfliktləri sülhlə həll etsin və tərəfləri razılığa gətirsin. Flora Kərimova həmişə elan etmişdi ki, Afət Fərmanqızını bağışlamayacaq. Məhkəmə prosesi iyunun 14-dək təxirə salınıb".

Müğənni Afət Fərmanqızı isə saytımıza açıqlamasında məhkəmə haqqında danışmağa icazəsi olmadığını bildirib.

Qeyd edək ki, xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızının onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edir.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR