"Sevilya" sükanı Pimientaya etibar edib

img

03-06-2024 [00:09]


Fransisko Xavyer Qarsia Pimienta İspaniya 1-ci Futbol Liqası (La Liqa) komandasının "Sevilya"ya baş məşqçi təyin olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Sevilya" klubu Quique Sanchez Floresin boşalan postu 2 il müddətinə 49 yaşlı ispan məşqçiyə etibar edib.

Xatırladaq ki, məşqçilik karyerasına "Barselona"da başlayan Pimienta 2022-ci ildə "Las Palmas"ın sükanı arxasına keçib. Pimienta adıçəkilən komandanı 2022-2023 mövsümündə La Liqaya çıxarıb. 

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR