Sabiq nazir: "Mən artıq dövlət işində deyiləm, pensiyadayam, təəssüflənirəm ki..." - MÜSAHİBƏ
31-05-2024 [17:52]
Xəbər verdiyimiz kimi, keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev sabiq xarici işlər naziri Elmar Məmmədyarovla birgə Şuşaya səfər edib. Keçmiş nazirlər orada Ankara və Bursa şəhərindən gələn Türkiyə nümayəndə heyəti ilə səmimi söhbət də ediblər.
Mia.az xəbər verir ki, AzVision.az sabiq nazir Əbülfəs Qarayevin səfərlə bağlı təəssüratlarını öyrənib.
- Əbülfəs bəy, səfəriniz nə zaman baş tutdu?
- Elmarla, Əli və Fərhad müəllimlə danışdıq, qərara gəldik ki, 28 May müstəqillik gününü Şuşada qeyd edək. Bu baxımdan Şuşa səfəri mənim üçün ikiqat mənalıdır. Sonuncu dəfə Şuşada 40 il əvvəl olmuşam.1984-cü ildə gənclər təşkilatını təmsilçisi kimi orada müxtəlif tədbirlərdə, konfranslarda iştirak etmişəm. Elə Laçına səfərim zamanı da bir nəfər mənə yaxınlaşaraq həmin il keçirilən konfransda məni gördüyünü xatırlatdı. Yəni Şuşa bizi 40 ildən sonra yenidən qarşılaşdırmışdı. Qəribə bir təsadüf idi...
Heyfslənirəm ki, nazir işlədiyim dövrdə Qarabağla bağlı bəzi işləri görə bilmədim. O zaman mümkünsüz idi, yollarımız bağlıydı. Qolumuz kəsilmiş kimi idik. Çünki torpağımızın bir parçası yox idi. Ancaq onu da deyim ki, Şuşanın, Qarabağın həm maddi, həm də qeyri-maddi sərvətlərinin qorunmasında UNESCO və digər təşkilatlar səviyyəsində çox böyük işlər görmüşük. Qarabağı heç vaxt yaddan çıxarmamışıq. Allah Ali Baş Komandanın, zabitlərimizin, əsgərlərimizin canını sağ etsin! Şəhidlərimizə isə rəhmət diləyirəm. Qarabağı bizə qaytardılar. İndi xalq olaraq sağalmışıq. Bütövük! Qarabağdan çox böyük təəssüratlarla qayıtdım. Əfsuslar olsun ki, bundan öncə getməyə imkanım olmamışdı...
Cıdır düzündə, İsa bulağında olduq, Bülbülün ev muzeyini ziyarət etdik, orada çay içdik, güllələnmiş heykəllərin qarşısında şəkil çəkdirdik. Vaxtilə həmin heykəllər İncəsənət Muzeyinin bağında idi. Hər il musiqi günündə gedib ziyarət edərdik. İndi onların öz yerində, Şuşanın mərkəzində durmaları çox məntiqlidir.
- Belə anladım ki, hansısa tədbir çərçivəsində deyil, portalda qeydiyyatdan keçərək getmisiniz.
- Bəli, turist kimi qeydiyyatdan keçib, adlarımızı yazdırmışdıq. Şuşa şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasov bizə o yerləri gəzdirib göstərdi.
- Yeri gəlmişkən, sizi “Xarıbülbül” musiqi festivalında görmədik.
- Mən artıq dövlət işində deyiləm, rəsmi şəxs hesab olunmuram, təqaüddəyəm. Bütün təqaüdçüləri o tədbirlərə çağıra bilməzlər. Amma həmişə Şuşaya getmək arzusunda olmuşam. Bu səfəri həyatımın çox dəyərli bir anı kimi yadda saxlayacağam.
- Hər zaman aktiv işləyən biri kimi sakit təqaüdçü həyatı sizi darıxdırmır ki?
-Asudə vaxtın çoxluğu ilk vaxtlarda qəribə gəlirdi... Alışmadığım bir həyat tərzi idi. Amma indi Azərbaycan Turizm və Menecment Universitetində müəllimlik edirəm. Vaxtaşırı tələbələrimlə, dostlarımla görüşürəm. Həmçinin mütaliə edirəm, kitab yazıram, idmanla məşğul oluram, ailəmin məsələləri ilə maraqlanıram. Bir sözlə normal həyatıma davam edirəm.
Bu gün Qarabağ azaddır. Ölkəmiz inkişaf edir. Tam arxayınam ki, Azərbaycanın gələcəyi yaxşı olacaq!
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib