Rəfahda daha bir ev vurulub: 3 uşaq və 1 qadın həlak olub

img

30-05-2024 [00:07]


İsrail Qəzza zolağının cənubundakı Rəfah şəhərində köçkünlərin məskunlaşdığı daha bir evi bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 3-ü uşaq, 1-i qadın olmaqla 4 fələstinli həlak olub.

Məlumata görə, hadisə zamanı 7 nəfər yaralanıb.

Xatırladaq ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına hücumları nəticəsində 36171 nəfər ölüb, 81420 nəfər isə yaralanıb.

Tahir Şəlvəli

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq