İspan komandası "Qalatasaray"ın oyunçusunu almaq istəyir - 12 milyon avroya

img

29-05-2024 [15:10]


"Qalatasaray"la ardıcıl ikinci çempionluğunu qazanan Kerem Aktürkoğluna elçilərin sayı artır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Amerikadan iki klubun təklifindən sonra bu dəfə La Liqadan ona rəsmi təklif gəlib. 

Məlumata görə, İspaniyanın "Real Sosyedad" klubu 25 yaşlı futbolçu üçün 12 milyon avro təklif edib.

İddiaya görə, "Qalatasaray" onu belə ucuz satmaq niyyətində deyil: "Klub onun üçün ən azı 20 milyon avro tələb edir".

Xatırladaq ki, Kerem Aktürkoğlunun "Qalatasaray"la 2026-cı ilə qədər müqaviləsi var.

Fərid Aslan

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR