“Xırdalan”, “Tuborg”, "Kuler” və “Baltika 9" pivələrinin istehsalçısı məhkəməyə verilib

img

29-05-2024 [09:25]


“Carlsberg Azerbaijan” MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

Mia.az Pravda.az-a istinadla xəbər veirr ki, sənədə Abşeron Rayon Məhkəməsinin hakimi Firuzə Kərimovanın sədrliyi ilə iyunun 10-da baxılacaq.

Xatırladaq ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 578.1-ci (İşəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Qeyd edək ki, MMC “Xırdalan”, “Tuborg”, "Kuler” və “Baltika 9" pivələrinin istehsalçısıdır.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR