Dövlət Toxum Fondu 3 aydır maaşları ödəmir - "Fondun gələcək aqibəti də naməlumdur"

img

24-05-2024 [14:27]


"Artıq 3 aydır Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Toxum Fonduna əmək haqqı verilmir".

Bu barədə Mia.az-a qurumun əməkdaşları məlumat veriblər.

Bildirilib ki, Fondda 84 nəfər əməkdaş çalışır: "Onların arasında müharibə veteranı, əlillər, tək ana, ailəsini yalnız bu maaşla dolandıran insanlar var. Dövlət Toxum Fondunun gələcək aqibəti də naməlumdur. Artıq işçiləri işdən azad edib, cəmi  5 nəfər işçi saxlamaqla bağlı müzakirələr başlayıb. Hətta işdən çıxan adamların son haqq hesabları dəfələrlə üst qurumlar tərəfindən söz verilsə də, ödənilməyib".

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR