Rusiya XİN: "İsraili Qəzzada qan tökməyi dayandırmağa çağırırıq"

img

23-05-2024 [23:20]


"İsraili Qəzzada qan tökməyi dayandırmağa çağırırıq".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, İsrail artıq güc tətbiqini buraxaraq, Fələstin probleminin həlli ilə bağlı danışıqlara yenidən başlamalıdır: "İsrail rəhbərliyi artıq BMT Təhlükəsizlik Şurasının Fələstin dövlətinin 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olmaqla iki dövlətli həll modelinə müsbət yanaşmalıdır".

Jurnalistlərdən birinin ABŞ dövlət katibi Antoni Blinkenin Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yoav Gallanta qarşı həbs orderi tələb etməsini "Bu, Qəzzada atəşkəs razılaşmasının əldə olunmasını çətinləşdirəcək” sözünü xatırlatmasına isə Rusiya XİN rəsmisi belə cavab verib: "ABŞ-ın Yaxın Şərqdəki uzun illərdir apardığı siyasət və yanaşmanın özü ilk növbədə region ölkələri üçün dağıdıcıdır. Amerikalılar son illərdə çoxlu səhvlərə yol veriblər, ancaq bunu etiraf etməyə hazır deyillər. ABŞ Yaxın Şərqə qarşı ideoloji yanaşmasını daim dəyişir və bu, regionda vəziyyəti gərginləşdirir”.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq