Azercell və GSMA strateji tərəfdaşlıqlarının prioritet istiqamətləri haqqında danışdılar - VİDEO, FOTO
23-05-2024 [17:45]
Bakıda Azercell-in baş sponsorluğu ilə keçirilən “GSMA M360 Eurasia 2024” başa çatdı
Beynəlxalq GSM Assosiasiyasının (GSMA) Azərbaycanda təşkil etdiyi “GSMA M360 Eurasia” konfransı yekunlaşdı. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə baş tutan tədbir bu il də Bakıda telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində çalışan aparıcı ekspertləri, eləcə də region üzrə tənzimləyici qurumların nümayəndələrini bir araya toplayıb.
Mia.az xəbər verir ki, tədbir çərçivəsində Azercell və GSMA-nın rəhbər heyəti arasında keçirilən görüşdə bu əməkdaşlığın prioritet istiqamətləri və yeni çərçivələri ətrafında fikir mübadiləsi aparıldı. Görüşdə süni intellektin telekommunikasiya sahəsində tətbiqi imkanları, bu istiqaməti əhatə edən əməkdaşlıq perspektivləri müzakirə edildi.
Görüş zamanı tərəflər arasında imzalanacaq yeni anlaşmanın detalları da qeyd olundu. Belə ki, bu saziş çərçivəsində Azercell əməkdaşları Beynəlxalq GSM Assosiasiyası tərəfindən mobil operatorlar üçün hazırlanmış xüsusi təlimlərdə iştirak edəcəklər. Bu da öz növbəsində şirkət əməkdaşlarının yeni dövrün iş bazarına uğurlu adaptasiyasına və ümumilikdə Azercell-in insan kapitalının inkişafına dəstək olacaq.
Həmçinin tərəflər iqlim fəaliyyəti ilə bağlı cari əməkdaşlıqlarının detallarını da müzakirə etdilər. Qeyd edək ki, COP29 çərçivəsində GSMA-nın iqlim dəyişikliyi tapşırıqları qrupuna qoşulan Azercell digər qrup iştirakçıları ilə birgə mobil sənayeni sıfır karbon emissiyasına yaxınlaşdırmağa çalışır. Görüş zamanı şirkətin rəhbər heyəti bu istiqamətdə görüləcək işləri bir daha gündəmə gətirdi. Xatırladaq ki, Azercell GSMA-nın İqlim Fəaliyyətinin İşçi Qrupuna ötən ilin dekabr ayından üzv olub.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)