İsrail Livanın cənubunda Hizbullah yaraqlısını öldürüb

img

21-05-2024 [00:26]


İsrail ordusu Livanın cənubunu bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın rəsmi agentliyi NNA məlumat yayıb.

Agentliyin məlumatına görə, İsrail ordusu Sur şəhərinin Mənsuriyyə qəsəbəsində hərəkətdə olan motosikleti PUA ilə vurub: "Nəticədə motosiklet sürücüsü ölüb, bir nəfər isə yaralanıb".

Rəsmi qurumlardan hələlik faktla bağlı açıqlama verilməyib.

İsrail ordusu isə ölən şəxsin Hizbullah yaraqlısı olduğunu iddia edib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq