BMT: "Rəfahdan qaçanların sayı artıq 810 mini keçib"

img

20-05-2024 [12:19]


İsrailin son iki həftə ərzindəki hücumları səbəbindən 1.5 milyon insanın sığındığı Rəfahdan 810 min insan yenidən didərgin düşmək məcburiyyətində qalıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım İşləri üzrə Agentliyi (UNRWA) məlumat yayıb.

Bildirilib ki, Qəzzada təhlükəsiz bölgə olmadığındanq açanlar hara getdiklərini də bilmir: "Hər dəfə ailələr köç edərkən ailələr həyatlarını daha ciddi risk altına atır. İnsanlar təhlükəsizlik bölgə axtarışındadır, Ancaq o yoxdur".

Samir 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq