Mehdi niyə həbsi seçdi?
19-05-2024 [10:06]
Dünən məlumat yayıldı ki, Almaniyada mühacirətdə olan, Azərbaycan tərəfindən axtarışa verilmiş Müsavat fəalı Mehdi Xəlilbəyli Bakıda həbs olunub.
Xəbər rəsmi qurumların adından yayılmadığı üçün, Mehdinin yaxın dostlarından biri ilə əlaqə saxlayıb, məlumatın doğru olub-olmadığını dəqiqləşdirmək qərarına gəldim.
Həmin adam Mehdinin Azərbaycanda saxlandığını təsdiqlədi və bildirdi ki, bu hadisə dünən olmayıb, hardasa bir ay əvvələ təsadüf edir. Maraqlıdır ki, bir ay əvvəl həyata keçirilən həbsdən bizim media yalnız dünən xəbərdar olub.
Mehdi çox ağıllı və bacarıqlı oğlandır. Şərurda mənimlə eyni məktəbdə oxuyub. Bədbəxt bir hadisə nəticəsində, erkən yaşlarından atasını itirən Mehdi bir bacısı ilə anası tərəfindən böyüdülüb. O, orta məktəb illərindən də çox fəalıydı.
Hər ikimiz rus bölməsində oxuduğumuz üçün onunla tez-tez ünsiyyətimiz olurdu. Anası Elmira müəllimə bir müddət bizim məktəbin direktoru da oldu. Yaddaşımda çox səviyyəli və savadlı ziyalı qadın kimi qalıb.
Mehdinin əsli Şərur rayonunun Siyaqut kəndindəbdir. Orta məktəbi bitirən kimi Mehdi Bakıda İnşaat Mühəndislər Universitetinə daxil olur. Ağır 90-cı illərin olmasına baxmayaraq, tələbə ola-ola həm də bizneslə məşğul olur.
Qısa müddətdən sonra imkanlı bir iş adamına çevrilir. Mehdi eyni zamanda Milli Azadlıq Hərəkatında fəal iştirak edib. Sonradan Müsavat Partiyasına üzv olur. Partiyaya səmimi əqidəsilə qoşulduğu üçün nəyi varsa bu yolda qurban verir.
2003-cü il prezident seçkilərindən sonra baş qaldıran kütləvi ixtişaşlar zamanı Müsavat Partiyasının yaxınlığında çəkiliş aparan “Lider” televiziyasının əməkdaşı Sahil Kərimliyə yetirdiyi xəsarətə görə axtarışa verilir.
Lakin onu həbs etmək mümkün olmur. Əslən şərurlu olan vəzifəli bir dostunun köməkliyi ilə ölkədən qaçmağa müvəffəq olur. Ölkəni tərk edəndə Mehdinin maddi cəhətdən heç nəyi qalmamışdı. Nəyi varıydısa, hamısını İsa Qəmbərin “prezidentliyi” yolunda xərcləmişdi.
Qısa müddət sonra Mehdi öz zəhməti ilə Almaniyada yenidən maddi vəziyyətini yüksək səviyyədə düzəldə bilir və avtomobil biznesilə məşğul olur. Bu müddət ərzində Almaniyada mühacir alverində təqsirli bilinərək həbs edilir və qısa müdfət sonra azadlığa çıxır.
Qeyd edim ki, Mehdi xüsusi əməliyyat nəticəsində saxlanılıb, Bakıya gətirilməyib. O, həbs olunacağını bilə-bilə, təyyarəyə əyləşərək, Azərbaycana uçub. Bir sözlə, özü-öz qoluna qandal vurub.
Almaniyadakı azad yaşaması üçün heç bir təhlükə olmadığı bir halda Mehdi niyə bu addımı atmaqla, həbsi seçsin? Dostu deyir ki, son vaxtlar Mehdi Vətən üçün çox darıxırmış. Hətta bu həsrətə görə ürəyinin “partlaya” biləcəyini də deyirmiş. Mehdinin anasına çox bağlı adam olduğu bildirilir.
Elmira müəllimə xeyli yaşlansa da, sağdır. Mehdi müacirətdə olduğu dönəmdə hakimiyyətə qarşı “qırmızı xətləri” aşan davranış sərgiləməyib. Yəqin əmindir ki, belə davranışı da nəzərə alınmaqla 21 il əvvəl baş verən hadisəyə görə ona elə də ağır cəza verilməyəcək. Allah qapısını açsın!
P.S. Tanınmış Müsavatçının bu addımı həm də təmsil olunduğu partiyanın uzun illərdən sonra iqtidarla açıq dialoq yolunu seçdiyi bir dönəmə təsadüf edir.
Məhəmmədəli QƏRİBLİ,
Azinforum.az
Rusiya ordusu Kurski azad edib
İranda nə baş verir? - 4 nəfər ölüb, 516 yaralı var (YENİLƏNİB)
Sabahın hava proqnozu açıqlandı
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddialarını rədd edib - Ruben Vardanyan və digərləri ilə bağlı
Elçin Cavadovun "Avtomatikanın əsasları" adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib - FOTOLAR
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PA-nın vəzifəli şəxslərinin qəbul günləri... - CƏDVƏL
Malyariyaya qarşı sağlam gələcəyin təmin olunması ictimaiyyətin birgə məsuliyyətidir - Təranə Tağızadə yazır
Vilayət Eyvazov generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası + FOTOLAR
Ekvadorda zəlzələ baş verib - 6,3 bal gücündə
Prezident Anar Quliyevi yeni vəzifəyə təyin etdi - Sərəncam
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi
Milli mətbuatın 150 illik yubileyi keçiriləcək - Sərəncam
Bəzi rayonlarda daşqın və sel olacaq
İki bankın əmlakları hərraca çıxarılıb
Ceyhun Bayramov ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb
Bu kollecə direktor və müavin təyin olunub
ƏVƏZ ZEYNALLI AZADLIĞA BURAXILDI - Məhkəmə qərar verdi
Qətərdə qəzada ağ ciyəri sıran çıxan, 11 qabırğası qırılan idmançı ölkəsinə aparılır - Təcili yardım təyyarəsi ilə
Klub prezidenti 23 günlük cəzalandırılıb - Baş məşqçi isə...
"ASİYA PƏLƏNG"İ TRAMPI ÖZ XALQINA YALAN DANIŞMAQDA SUÇLADI: "Yalan deyir, ABŞ-la müzakirə aparılmır"
İlham Əliyev və birinci xanım Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində - FOTOLAR (YENİLƏNİB)
Bakıda 52 yaşlı kişi öldürülüb
Heydər Əliyev Məhəmməd Hatəmidən nə xahiş etmişdi? (TƏHLİL)
“28 Mall”un qarşısında plakat açan təriqət üzvləri həbs olunub
Qaradağda məmurlar gölü qurudub satırlar, ekoloji tarazlıq pozulub - AZTV-nin çəkiliş qrupu necə aldadılıb? (VİDEO)
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş "Zərif uğurların nişanəsi” adlı tədbir keçirilib - FOTOLAR
Aİ rəsmisi Bakıda: "Azərbaycandan müəyyən gözləntilərimiz var"
Prezident İlham Əliyev Aİ-nin ali nümayəndəsi Kaya Kallası qəbul edib - Nələr müzakirə olunub?
MOSKVADA ŞOK OLAY: General maşınında partladıldı - FOTO
17 yaşlı türk futbolçu "Nyukasl"a satıldı - Cəmi 65 min dollara
Futbol çemponatının növbəti turunun proqramı bəlli oldu
Həcc ziyarətinə sənəd qəbulu uzadılıb
“Nar” region qadınlarının yaradıcılıq imkanlarına töhfə verir