Milli Məclisin komitəsi bəyanat yayıb - Səbəb
17-05-2024 [14:13]
Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi mayın 16-da Lüksemburqun Deputatlar Palatasının qərəzli və obyektivlikdən uzaq qətnamə qəbul etməsinə qəti etirazını bildirir və ölkəmizi hədəf alan bu hərəkəti şiddətlə qınayır.
Mia.az xəbər verir ki, bununla bağlı komitə Lüksemburq Deputatlar Palatasının qərəzli qətnaməsi ilə bağlı bəyanat yayıb.
Qeyd olunub ki, sözügedən qətnamədə Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı həqiqət və faktlar nəzərə alınmamış, regionda mövcud olmuş münaqişənin kökündə dayanan Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulması tamamilə diqqətdən kənar buraxılmışdır. Ermənistanın ölkəmizə qarşı 30 il ərzində törətdiyi hərbi işğal nəticəsində 4000-ə yaxın itkin düşmüş azərbaycanlının aqibətinin gözardı edilərək, itkin düşmüş ermənilərin vurğulanması ölkəmizə qarşı sərgilənən ikili standartların bariz nümunəsidir.
Eyni zamanda, Azərbaycanın 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin məram və məqsədləri təhrif edilərək, ölkəmizə qarşı əsassız iddialar səsləndirilmişdir. Bu mənada, həmin tədbirlərin Azərbaycana qarşı davam edən hərbi təhdidlərin aradan qaldırılmasına və qanunsuz hərbi birləşmələrin mövcudluğuna son qoyulmasına yönəldiyi qətiyyən nəzərə alınmamışdır. Həmçinin, Qarabağ regionunun erməni əsilli sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində atılan uğurlu addımlara lazımi qiymət verilməmiş və regiondakı gələcək davamlı sülh üçün əlavə maneələr yaradılmışdır.
Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin irəliyə aparılması üçün tədbirlərin görüldüyü, ikitərəfli danışıqlar formatının müsbət şəkildə irəlilədiyi, xüsusən sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində uğurlu nəticələrin əldə edildiyi dövrdə Lüksemburq Deputatlar Palatasının və onun havadarlarının məqsədi həmin ikitərəfli danışıqlar formatını və sülh prosesini pozaraq regiona müdaxilə etməkdir.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi olaraq, ölkəmizə qarşı nümayiş etdirilən bu ədalətsiz yanaşmanı qətiyyətlə rədd edir və bunu Lüksemburq Deputatlar Palatasının daxilində reallığı dərk etmək qabiliyyətinin və istəyinin olmamasının bariz nümunəsi kimi qəbul edirik.
Nigeriyada helikopter okeana düşüb - Ölənlər var
Minimum əmək haqqı bu qədər qalxır - Türkiyədə
İsrailin 5 əsgəri Livanda həlak olub - 7 yaralı var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: iki qırmızı kart və üç qol - “Qarabağ” "Ayaks"a da "boyun əydi" (VİDEO) - Yenilənib
"EuroHome”in sahibinin çoxbaşlı oyunu: kimdən kimə şikayət qəbul olunub? - Azay Möhnətov və oğlu ilə bağlı şok məlumatlar yayıldı
“Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti
Bakıda Rus Dram Teatrının 85 yaşlı aktyoru arvadı ilə birgə öldürülüb - (Yenilənib)
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Qərb Gürcüstanı itirmək üzrədir, bəs Ukrayna necə olacaq? - TƏHLİL
İlham Əliyevlə Nikol Paşinyan görüşüb - Kazanda sülh sazişi ilə bağlı təlimat verilib (FOTOLAR, YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Gözətçi ilə xadimənin nakam sevgisi ölümlə bitdi: əvvəl qızını istədi, daha sonra ... - Sensasiyalı olay
Rayonlarda güclü külək əsəcək - SİYAHI
13 ölkəyə BRICS-in tərəfdaşı statusu verilib - SİYAHI
Prezident İlham Əliyev BRİCS+ formatında mühüm mesajlar verdi, Putin razılaşdı - ÇIXIŞIN TAM MƏTNİ (FOTOLAR, Yenilənib)
"Bu, həqiqətən də sülh müqaviləsinə aparan doğru yoldur" - Putindən Bakı ilə İrəvana mesaj
Qırmızı xətlə axtarılan terrorçu zərərsizləşdirilib - FOTO
Bakıda 37 yaşlı qadın ərinin başını əzərək öldürüb - Yenilənib
Temperatur 4-6 dərəcə enəcək - Xəbərdarlıq
Zaha "Qalatasaray"a geri qaytarılır - İntizamsızlığına görə
Ərdoğan Tatarıstandan geri dönüb
Oktyabrın “Ulduz”u
Qəzzada ölənlərin sayı 43 minə çatır
Ərdoğan Kazanda BRİKS-in toplantısında: "Bu alçaq hücum qətiyyətimizi daha da gücləndirdi"
Ankarada zavoda hücum edənlərdən şəxsiyyəti bəlli oldu - Nazir açıqladı (VİDEO, Yenilənib)
Əməkdar artist: "İndi Xankəndidə universitetdə çalışıram"
İctimai Birlik "ABC-Telecom”u məhkəməyə verib
Sumqayıtda müəssisədə partlayış olub - Yaralılar var
İlham Əliyev Vyetnamın Baş naziri ilə görüşüb - FOTOLAR
Sabah yağış yağacaq
Bu deputatlar Gürcüstana seçkiləri izləməyə gedir - SİYAHI
Azərbaycanda daha bir məhkum həbsdə ölüb
Livanın maşında hərəkət edən hərbçiləri öldürülüb
Prezident İlham Əliyev “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzinə gəlib
Ankarada FETÖ əməliyyatı: daha 12 nəfər tutulub
"Azərişıq" ASC-nin işçisini "tok" vuraraq öldürüb
Xətainin icra başçısı söküntüyə 1.3 milyon xərcləyir, tikinti şirkətləri isə... - Qalmaqal (VİDEO)
Yasamalda tarixi bina uçmaq təhlükəsiylə üzləşib - FOTOLAR
Zəngilanda bir ton yabanı çətənə bitkisi məhv edilib