İsraildən Türkiyənin embarqosuna cavab gəldi: sərbəst ticarət dayandırıldı - Ərdoğana açıq mesaj verildi

img

17-05-2024 [13:24]


Türkiyənin İsraillə sanksiya tətbqi etməsinə rəsmi Tel-Əvivdən qarşılıq verilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İsrailin maliyyə naziri Bezalel Smotriç Türkiyə ilə azad ticarət müqaviləsinin ləğv olunacağını və idxala 100 faiz gömrük rüsumu tətbiq ediləcəyini açıqlayıb: "Bilirsiniz ki, Türkiyə üzərinə götürdüyü beynəlxalq ticarət müqavilələrini ciddi şəkildə pozub. Bizim milli ləyaqətimiz, milli qürurumuz və güclü iqtisadiyyatımız var. Və bunu qorumaqda qərarlıyıq".

Nazir əlavə edib ki, Türkiyənin satışını dayandırdığı məhsullaır Çin, Şərqi Avropa ölkələri, o cümlədən Yunanıstan, Almaniya, Cənubi Kipr, Tayvan və digər ölkələrdən artıqlaması ilə tımin edəcəklər: "Alternativlərimiz o qədər çoxdur ki..."

Smotriç bununla kifayətlənməyib. O, Ərdoğana və Türkiyə xalqına açıq mesaj da göndərib: "Əgər Ərdoğanın səlahiyyət müddətinin sonunda Türkiyə vətəndaşları İsrailə düşmən olmayan bir lider seçsələr, o zaman Türkiyə ilə ticarət yolunu yenidən açmaq mümkün olacaq".

Firudin Səfərli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR