ABŞ 3 şirkətə sanksiya tətbiq edib - Şimali Koreya və Rusiyaya görə

img

17-05-2024 [12:14]


ABŞ Rusiyada yerləşən 3 şirkət və 2 fiziki şəxsi "qara siyahı"ya salıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, "Rafort", "Trans Kapital" və "Texnologiya OOO" şirkətləri Şimali Koreya ilə Rusiya arasında silah mübadiləsini asanlaşdıran ticarət əlaqələri yaradıblar: "Bu şirkətlər və onlardan ikisinin rəhbəri - "Rafort"un sədri Rafael Anatolyeviç Qazaryan və “Texnologiya OOO” MMC-nin sahibi Aleksey Budnevəqarşı sanksiya tətbiq edilib".

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə bildiirb ki, onlar BMT-nin Şimali Koreyaya qarşı sanksiyalarını da pozublar.

Şimali Koreya lideri Kim Çen Inın bacısı isə Rusiyaya silah ixracı iddialarını rədd edib.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:21 19.07.2024

Sabah yağış yağacaq