Radikal yəhudilər Qəzzaya yardım aparan yük maşınını saxlayıb, sürücünü döyüblər - Ərzaqlar isə yararsız hala salınıb

img

16-05-2024 [09:55]


Radikal yəhudilər İordan çayının qərb sahilində “Qəzzəyə humanitar yardım aparır” səbəbiylə ərzaq dolu yük maşınını yağmalayıb, sürücünü isə ölümcül hala salıblar.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin hökuməti məlumat yayıb.

Bildirilib ki, Ramallah yaxınlığındakı yəhudilərin qanunsuz məskinlaşdığı ərazidən axın edən bir qrup radikal yəhudilər ərzaqla dolu yük maşını saxlayıblar: "Əksəriyyəti gənclər olan yəhudilər yük maşınından tonlarla un və şəkəri qarət ediblər, ərzaq kisələrini yol kənarına atıblar. Çoxlu  kisələri kəsib işindəki ərazaqı yararsız hala salıblar".

Xəbərdə deyilir ki, İsrail əsgərləri yük maşınının qarət edilməsinə müdaxilə edib və bu zaman gərginlik daha da artıb.

Zülfiyyə

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq