"Qarabağ" və "Neftçi" klubları cəzalandırılıb

img

08-05-2024 [11:56]


AFFA İntizam Komitəsi "Qarabağ" və "Neftçi" klublarını cərimələyib.

Mia.az xəbər verir ki, buna komandalar arasında Premyer Liqanın XXXIII turunda baş tutan oyunda yaşananlar səbəb olub.

Ağdam təmsilçisi 1800 manat ödəməli olacaq. "Köhlən atlar" azarkeşlərin meydana kənar əşyalar atmasına görə 800, fanatların kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi ucbatından 1000 manat ziyana düşüb.

Görüşdə qırmızı vərəqə alan "Neftçi"nin müdafiəçisi Yuri Matias ikisi şərti olmaqla, 4 matçlıq cəzalandırılıb. "Ağ-qaralar" 3000 manat cərimələnib, Matiasa isə 3 ay sınaq müddəti təyin edilib.

Bundan əlavə, paytaxt klubu tərəfdarların kütləvi şəkildə təhqiramiz ifadələr işlətməsinə görə 1000 manat ödəyəcək və 10 oturacağın sındırılmasına görə stadiona dəyən zərəri də qarşılayacaq.

Qeyd edək ki, görüş "Qarabağ"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR