Braziliyada güclü sel: ölənlərin sayı 29-a yüksəlib, 60-dan çox insan isə itkin düşüb

img

03-05-2024 [10:22]


Braziliyada güclü selin yol açdğı faciənin miqyası böyüyür.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ölkənin cənubundakı Rio Grande do Sul əyalətində bir neçə gündür yağan güclü yağışlar selə çevrilib.

Nəticədə sel çoxlu sayda can və mal itkisinə səbəb olub.

Ölkənin Mülki Müdafiə Təşkilatından verilən açıqlamaya görə, 29 nəfər ölüb, 60-dan çox insan isə itkin düşüb: "Bu isə o deməkdir ki, ölənlərin sayı artacaq. 154 qəsəbə su altında qalıb, burada 71300 nəfərdən çox zərərçəkən var. Hazırda bölgədə Hərbi Hava Qüvvələrinə məxsus 8 təyyarə və 600 hərbçi də yardıma dəstək verir..."

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq