Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
02-05-2024 [11:19]
Əsrlər öncə kitab satılmazmış, hədiyyə edilərmiş. Buna səbəb isə, kitabın dəyərli bilik mənbəyi olması imiş. Əsrlər keçib, kitab satılsa da, “Kitab ən gözəl hədiyyədir” yanaşması hələ də aktualdır.
Kitab oxuyan, mütaliəni sevən, o dəyəri duyan hər kəs təbii ki, bu fikirlə razılaşır. Hələ Ümumdünya Kitab Günüdürsə, ən gözəl hədiyyə seçimi mütləq ki kitab olmalıdır. “Nar” və Azərbaycan Jurnalistlər Şəbəkəsi də bayram münasibətilə kitab hədiyyələri ilə Füzuli rayonunun Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbinə üz tutdular.
İşğaldan azad olunan torpaqlarımızda həyat qaynadığını, təhsil ocağındakı hərəkətli mühiti görmək xoş təəssürat yaratdı. Şagirdlərlə söhbət edə-edə məktəbin kitabxanasına keçdik və hədiyyələr burda onlara təqdim edildi. Onlar böyük həvəslə kitabların rəflərə yığılmasına köməklik etdilər.
“Nar”ın İctimaiyyətlə Əlaqələr və Korporativ kommunikasiyalar üzrə mütəxəssisi Anar Məsimov hədiyyələri şagirdlərə təqdim edərkən bildirdi ki, Füzulinin inkişafı üçün onların çox oxumalarına ehtiyac var: “Füzuli şəhərinin azad olunmasından o qədər də uzun müddət keçməyib, amma şəhər dirçəlir. Bununla belə, hələ bu şəhərdə görülməli işlər çoxdur. Bunun üçün güclü olmalıyıq. Ən böyük güc isə bilikdir. Ümid edirik ki, gətirdiyimiz kitabların sizin biliyinizin güclənməsində önəmli rolu olacaq”.
Azərbaycan Jurnalistlər Şəbəkəsinin rəhbəri Ayaz Mirzəyev isə şagirdlərə bildirdi ki, onların hədiyyələri şagirdlərin o kitabları oxuduğunda daha dəyərli olacaq: “Kitab oxunanda dəyər qazanır. Çünki oxuduqca sənə nə isə qatır və sən onun dəyərini o zaman anlayırsan. Bizim hədiyyə o vaxt bizim üçün dəyərli olacaq ki, onları oxuduğunuzu eşidək . Hər yaşa və hər zövqə uyğun kitablar gətirmişik. Qalır seçmək və oxumaq”.
Kitabları rəflərə yerləşdirərkən uşaqların bir-birlərilə müzakirəsindən də hiss olundu ki, hədiyyələri bəyəndilər və kitab oxumağa maraqlıdırlar.
Məktəbin direktoru Həcər Mahmudova bildirdi ki, kitab oxumağın önəmini şagirdlərə hər zaman aşılamağa çalışıblar: “Kitab oxumaq ən ucuz və asan səyahət növüdür. Kitab oxuyan insan zənginləşir, müdrikləşir. Kitabda sən daha təcrübəli birinin fikirlərini oxuyursan, düşüncən inkişaf edir. Özün o situasiyaya düşəndə, doğru yolu daha rahat tapa bilirsən. Ona görə kitab oxumaq gələcəyimiz üçün vacibdir. Biz bu vacibliyin səbəblərini uşaqlara çatdırırıq və kitab oxumaları üçün məktəbimizin kitabxanasının daha yaxşı olması üçün çalışırıq. Bizim kitabxanamız bugünkü hədiyyələr sayəsində bir az da zənginləşdi. Dəstək göstərənlər sağ olsunlar. Ümid edirik ki, bu ənənə davamlı olacaq”.
Tədbir bitəndən sonra yenidən kitabxanaya baş çəkdik. Kitabları rəflərə düzəndən sonra uşaqlar kitabxanadan getməmişdilər, yeni kitabları vərəqləyirdilər, seçim etməyə çalışırdılar.
6-cı sinif şagirdi Ayxan Hümbətli deyir ki, kitaboxumağa həvəsi var, ona görə öz zövqünə uyğunkitabları seçib oxumağı sevir: “Anam kitab oxuyandır, o, məndə də həvəs yaradıb. Fantastik janrda kitablarmənə çox maraqlıdır. O tipli kitablar da var. Özzövqümə uyğun olanları seçməyə çalışıram”.
Sinif yoldaşı Səma Tanrıverdiyeva isə axtardığıkitabları tapdığı üçün sevinirdi: “Dərsdən əlavə kitaboxumağı çox sevirəm. Əsasən də klassiklərin romanlarımənə çox maraqlıdır. Oxuduqca adam daha çoxoxumaq istəyir. Burda gətirilən kitablara baxdım, içərisində mən oxumağı çox istədiyim kitablarıgördüm, yəqin ki onları ilk özüm oxuyacam”.
ABŞ-da aparılan bir araşdırmaya görə, orta məktəbdə kitab oxuyan uşaqların gələcəkdə zərərli vərdişlərə aludə olmaq ehtimalları azdır. Təbii ki bu, minimum olaraq əldə edilən nəticədir. Maksimum nəticələri isə bir çox uğurlu insanların həyatında görürük. Ümid edirik ki, oxumaq həvəsi bu məktəbin şagirdlərini də çox uğurlu şəxslərdən edəcək. Çünki onlar doğma Füzulilərin, ümumilikdə isə Azərbaycanın gələcəyidir.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib