“Nizami” kinoteatrı ilə bağlı müəmma: proses necə həll ediləcək?
30-04-2024 [17:17]
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) “Nizami” kinoteatrı ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının səlahiyyətlərini öz üzərinə götürmək istəyir.
AKİ-nin katibi, kinorejissor, prodüser Əli İsa Cabbarov Meydan TV-yə bildirib ki, hazırda İttifaqın İdarə Heyətində bununla bağlı müzakirələr gedir.
Katib hesab edir ki, hər iki qurum İttifaqın İdarə Heyəti tərəfindən daha yaxşı idarə oluna və yaxşı gəlir gətirə bilər.
“Hesab edirik ki, Kinematoqrafçılar İttifaqı birləşdirici, daha yaxşı koordinasiyaedici qurum, ictimai təşkilat olaraq bu işi daha uğurlu görə bilər. İdarə Heyətində xeyli sayda nüfuzlu adamlar var. Onların yekdil qərarı olsa, dövlət orqanları dəstək verə bilər”, – Əli İsa Cabbarov deyib.
“Nizami” kinoteatrı ilk dəfə 1934-cü ildə istifadəyə verilib.
Bakı kinoteatrları 90-cı illərdən sonra bir-bir sıradan çıxmağa başlayıb.
Əvvəlcə seanslar azalıb, sonra isə fəaliyyəti tamamilə dayanıb.
2006-cı il avqustun 23-də Prezident İlham Əliyevin imzaladığı “Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında” sərəncamdan sonra ölkə üzrə 100 kinoteatr və kino qurğusunun özəlləşdirilməsinə başlanılıb.
Sahibkarlar kinoteatrları biznes və başqa təyinatlı obyektlər kimi istifadə ediblər.
Mədəniyyət Nazirliyinin balansında olan “Nizami” kinoteatrı isə yenidən təmir edilərək 2011-ci ildə təkrar istifadəyə verilib.
Yenidənqurmadan sonra kinoteatrın birinci mərtəbəsində 50 və 80 yerlik iki, ikinci mərtəbədə 500 nəfərlik böyük, beşinci mərtəbədə isə 24 nəfərlik VİP kinozalları yaradılıb.
Binanın birinci mərtəbəsində ticarət köşkləri, ikinci mərtəbəsində kafe, dördüncü mərtəbəsində kafe-klub, mətbuat mərkəzi, beşinci və altıncı mərtəbələrində isə 250 yerlik restoran fəaliyyət göstərir.
Direktoru Leyli Mirzəyevadır.
Azərbaycanda sovet hökumətinin başçısı Nəriman Nərimanov 1920-ci ildə kinematoqrafiya idarələrinin milliləşdirilməsi haqqında dekret imzalayır və o zamankı xalq mədəniyyət komisarlığının tərkibində Foto-kino şöbəsi yaradılır.
İllər ötdükcə müxtəlif adlar daşıyan kinostudiyaya 20 aprel 1959-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Cəfər Cabbarlının adı verilib.
Kinostudiyanın yeni binasının əsası isə 1951-ci ildə qoyulub və 15 ildən sonra hazır olub.
Burada kino istehsalına isə 1966-cı ildən başlanıb.
Kinostudiya Mədəniyyət Nazirliyinin tabeliyindədir.
Direktoru Nazim Hüseynovdur.
Prezident İlham Əliyev “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” haqqında sərəncam imzalayıb.
Proqramda “Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazasının müasir kino istehsalı tələblərinə uyğun texnoloji avadanlıqla təchiz edilməsi və yenidən qurulması da nəzərdə tutulub. Lakin sərəncamdan irəli gələn işlər yerinə yetirilməyib.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib