Keniyada güclü daşqın: ölənlərin sayı 169-a çatıb

img

30-04-2024 [13:54]


Asfrika ölkəsi Keniyada təxminən 2 həftədir davam edən leysan yağışların yaratdığı güclü daşqınlar can  almağa davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq güclü seldə ölənlərin sayı 169-a yüksəlib.

Keniya hökumətindən verilən açıqlamaya görə, 91 nfər isə itkin düşüb: "Daşqınlar paytaxt Nayrobiyə başda olmaqla, bir çox bölgələrdə həyat iflic edib. Bir çox bölgələr su altında qalıb. Zərərin miqyası ölçüyəgəlməzdir...".

Xatırladaq ki, Keniyadan başqa, Tanzaniya, Burundi və Konqo Demokratik Respublikası da daşqınlarla "boğuşur".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq