İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama

img

26-04-2024 [00:20]


İsveç Latviyaya qoşun göndərəcək.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsveçin baş naziri Ulf Kristersson birifinqdə söz açıb.

Baş nazir bildirib ki, ölkəsinin NATO-ya inteqrasiyası artıq tamamlanıb: "Artıq İsveç Baş Qərargahı ilə NATO arasında birgə bəyannamə imzalanb. Gələn ilin əvvəlindən isə biz Latviyada Kanada komandanlığının rəhbərliyi altındakı NATO briqadasına hərbçi göndərilməsi barədə qərar qəbul etdik. İlkin etapda həminn ölkədəki hərbi hissədə 400-500 nəfər canlı qüvvə və paletli zirehli döyüş maşınları, o cümlədən Leopard tankları göndərəcəyik".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq