İordan çayının qərb sahilində həbslər davam edir

img

24-04-2024 [13:22]


İordan çayının qərb sahilində həbslər davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Fələstin Azadlıq Təşkilatının (FAT) Əsirlər Komitəsi günlük hesabat yayıb.

Bildirilib ki, İsrail əsgərləri Şərqi Qüdslə yanaşı, Nablus, Cenin, Hebron və Ramallah şəhərlərində də ötən gecədən başlayaraq basqınlara start verib.

Məlumata görə, fələstinlilərin evlərinə basqınlarda daha 15 nəfər tutulub: "Bununla da 2023-cü il oktyabrın 7-dən etibarən işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail tərəfindən həbs olunanların sayı 8445-ə çatıb".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq